Səudiyyə Ərəbistanında kinoteatrlar yenidən istifadəyə veriləcək.


Səudiyyə Ərəbistanı 30 ildir ki ticari kinoteatrlar üzərində tətbiq edilən qadağanı ləğv edəcəyini elan edib. OTV xəbər verir ki, Məlumat və Mədəniyyət Nazirliyinin verdiyi məlumata əsasən, lisensiyalar qısa zaman ərzində hazırlanacaq və ilk kinoteatrın 2018-ci il mart ayında istifadəyə veriləcəyi gözlənilir. Atılan addım şəhzadə Məhəmməd Bin Salmanın 2030-cu il üçün nəzərdə tutduğu social və iqtisadi islahatların bir hissəsidir. Bununla belə, mühafizəkar İslam Krallığının tərkibində 1970-ci illərdə kinoteatrlar fəaliyyət göstərib, lakin hakimiyyət orqanları ruhanilərin təkidi ilə kinoteatrları bağlayıb. Nəzərinizə çatdıraq ki, Səudiyyə Ərəbistanının kinoteatrları bağlamağının əsas səbəbi insanların əxlaq normalarına zidd olan səhnələri nümayiş etdirməsi olmuşdur.

Mənbə:BBC news
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 29 | Kateqoriya: İKT / Dünya Tarix: 05.12.2017, 18:30

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM