Google Çində süni kəşfiyyat mərkəzi açır


Google Çində axtarış xidmətinin bloklanmasına baxmayaraq ölkədə yeni tətqiqat mərkəzi açmaqla süni kəşfiyyata olan marağını nümayiş etdirmiş oldu. OTV xəbər verir ki, Googlenin verdiyi məlumata əsasən, bu ilk dəfə olaraq Asiyada tətbiq ediləcək və yerli istedadları işə götürmək niyyətindədir. Çin isə öz növbəsində süni kəşfiyyat mərkəzinin inkişafına dəstək göstərəcəyini bildirdi. Süni kəşfiyyat tədqiqatı özü idarə edilən maşınlar və avtomobil şirkətlərindən tərcümə avadanlıqlarına və üz tanıma proqramlarına qədər texnologiyanın bir sıra növlərini inkişaf etdirə bilər. Nəzərinizə çatdıraq ki, İnsan hüquqları qrupları isə Çinin öz əhalisi üzərində nəzarət sistemi tətbiq etməsindən narahatdır. Prezident Xİ Cinpinq isə kommunist partiyası ilə keçirilən son görüşündə idarəçiliyi gücləndirmək üçün məlumat bazasının vacibliyini qeyd edib.

Mənbə:BBC news
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 316 | Kateqoriya: İKT Tarix: 13.12.2017, 20:42

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM