Facebook yeni London ofisində 800 iş imkanı təklif edir.


Facebook-un Londonda yeni ofisinin fəaliyyətə başlaması ilə Birləşmiş Krallıq vətəndaşlarına 800 iş yeri təklif edilir.  OTV xəbər verir ki, növbəti ilin sonuna qədər təxminən 2300 insan Birləşmiş Krallıqda sosial media şirkətində işlə təmin olunacaq. Ofis facebook-un Birləşmiş Ştatlardan sonra ən böyük texniki mərkəzi hesab ediləcək. Facebook-un Avropa, Orta Şərq və Asiya üzrə vitse-prezidenti Nikola Mendelson şirkətin Birləşmiş Krallıq ərazisində fəaliyyət göstərməsini yüksək qiymətləndirdi. Onun fikrinə əsasən, Britaniyanın sahibkarlıq ekosistemi və texniki mükəmməlliyi texnoloji şikətlərin burda fəaliyyəti üçün xüsusi imkanlar yaradır. Nəzərinizə çatdıraq ki, 7 mərtəbədən ibarət olan binada müxtəlif mühəndislər, marketinq və satış menecerləri işə götürüləcək. Facebook mütəxəssisləri təşəbbüsün bir hissəsi olaraq mühəndislik, məhsul və əməkdaşlıq sahəsində şirkətlərlə birgə fəaliyyət göstərəcəklər. Kansler Filip Hammond şirkətin Londonda fəaliyyətinin genişləndirməsinin Britaniyaya olan etimadı ilə əlaqələndirdi. “Birləşmiş Krallıq yalnız yeni biznesə başlamaq üçün deyil, həmçinin də inkişaf üçün ən yaxşı məkandır”, o əlavə etdi.

Mənbə: BBC news
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 70 | Kateqoriya: İKT Tarix: 04.12.2017, 15:56

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM