​Sosial şəbəkələrdə nələr gözlənilir?


İnsanlar artıq sosial şəbəkələrdən sadəcə informasiya əldə etməklə məhdudlaşmıır, işlərini, fəaliyyətlərini paylaşır, şəxsi bizneslərini qururlar.

Sosial şəbəkələrin içərisində ən çox istifadə edilən “Facebook” və “Instagram”dır. Artıq demək olar hər kəs bu sosial şəbəkələrin aktiv istifadəçisidir.

Bu il həmin şəbəkələrə tətbiq edilən “hekayə” və “canlı yayım” vasitəsilə istifadəçilər hər an gündəmdə olanları paylaşa bilir, “kim?, harada?, nə edir?” asanlıqla öyənə, bəzən də “facebook” və “instagram”ın mesajlaşma bölməsi olan “facebook messenger” və “insta direct” vasitəsilə alış-veriş edir, xidmətlər barədə məlumatı asan şəkildə əldə edə bilirlər.

“Facebook” sosial şəbəkəsi “messenger” tətbiqetməsində əvvəlki illərin ən məşhur oyunu olan “tetrisi” təklif edir.

İstifadəçilərə daha bir şad xəbər də “Youtube”dandır. “Community” olaraq adlandırılan vasitə istifadəçilərinə Youtube kanallarının öz kütləsi ilə ünsiyyət qurmağı asanlaşdırır. Daha bir əsas xəbər də “Youtube”un “Reel” funksiyasıdır. Bu yeni xüsusiyyət kontent istifadəçilərinə “Instagram” və “Snapchat”da məşhur olan “hekayə” funksiyasını tətbiq edəcək.

2018-ci ildə “Instagram”dan gözləntilər böyükdür. “Spotify” ilə ”Instagram”ın əməkdaşlığı sayəsində alış-veriş etiketlərinin daha geniş istifadəsi nəzərdə tutulur. Digər bir yenilik isə “vizual axtarış” funksiyasıdır. Şəkil vasitəsilə axtarış funksiyasının“Facebok” və “İnstagram”a tətbiqi gözlənilir.

Texnoloji yeniliklər üzrə ölkənin qabaqcıl saytlarından birinin rəhbəri Fərid Pərdəşünasın OTV-yə verdiyi məlumata görə, “izləmə və istifadəçi sayına görə dünyada sosial şəbəkələr içərisində ən öndə olandır. Amma ölkəmizdə artıq “Instagram” sosial şəbəkəsi aktivliyinə, yeniliklərinə və istifadəsinə görə digərlərini ötüb. 2018-də bizi nələr gözlədiyi ilə bağlı elə də geniş məlumatım yoxdu, amma sosial şəbəkə olmasa da axtarış vasitəsi kimi dünyada yenə də “Google” rəhbərdir. Sosial şəbəkələr bir-birləri ilə rəqabətdədir və hər biri günbəgün yeniliklər edir. Düşünürəm ki, istifadəçi sayına və məşhurluğuna görə “Facebook” öz zirvəsini qoruyacaq. Bir yenilik də var ki, o da “Youtube” şirkətindən gəlib. “Instagram” və “Snapchat” kimi artıq “Youtube” da da hekayə paylaşımı olacaq, amma digərlərindən fərqi silinməyəcək, yaddaşa yazılacaq”.

Sözügedən mövzu ilə bağlı daha ətraflı məlumat ala bilmək üçün OTV kanalında tezliklə efirə başlayacaq “TexnoMAN” verilişinin aparıcısı Məhəmməd Əlifovla həmsöhbət olduq. O bildirib ki, “Youtube” da yeni tətbiq edilmiş “Reel” funksiyası avtomatik silinmə özəlliyinə malik deyil. “Youtuber”lər həmin videolara filtr, stiker, mətn əlavə edə bilərlər. Bu funksiya hələ hamı üçün akttiv deyil, test mərhələsindədir. Daha bir yenilik isə “Whatsapp”dan gözlənilir.

Bu “Whatsapp”ın üzərində çalışdığı “Whatsapp for Business”dir. “Xatırladım ki, “Whatsapp” əvvəl ödənişli idi sonradan tamamilə ödənişsiz oldu. “Whatsapp” artıq pul qazanmaq istəyir və yeni bir layihəyə başlaması gözlənilir. Hələ ki “Whatsapp for Business” layihəsi üzərində işləyir. Beləliklə, bu sistem ilə şirkətlərin artıq şəxsi profili olacaq bununa da müştəriləri ilə xidmətlərini təqdim edəcəklər. Onu da qeyd edim ki, bu sistem pullu olacaq və “Whatsapp” bu yolla pul qazanacaq”.

Müəllif: İlhamə Kələyeva | Baxılıb: 213 | Kateqoriya: İKT / Manşet Tarix: 1-12-2017, 15:42

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM