Harri Keyn Premyer Liqanın rekordunu yenilədi


Tottenham oyunçusu Harri Keyn Messi və Ronaldo ilə müqayisə edilməyin xoş olduğunu bildirib və gələcəkdə nəticələri daha da inkişaf etdirəcəyinə söz verib.

OTV xəbər verir ki, 24 yaşlı oyunçu Keyn Sausqempton üzərində 5-2 hesabı ilə qalib gələrək Premyer Liqa üzrə qol sayında rekordu yeniləyib. İdmançı 2017-ci il ərzində ümumilikdə 56 qola imza atıb və Avropa üzrə ən çox qol vuran idmançı olaraq 2017- cil il futbol tarixinə yazılıb. O verdiyi müsahibəsində 2017-cil ilin onun üçün çox uğurlu olduğunu və kareyerası boyunca əlindən gələni edəcəyini bildirdi. Komanda rəhbəri Mauriko Poçettino oyunçusunun qalibiyyətinə sevindiyini və onun yalnız istedadlı oyunçu deyil, artıq bir professional olduğunu qeyd etdi.

Mənbə: BBC news
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 377 | Kateqoriya: İdman Tarix: 27.12.2017, 14:52

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM