Bakı Karate-do Akademiyası ilin ən yaxşılarını təltif edib » OTV - İnternet Televiziyası

Bakı Karate-do Akademiyası ilin ən yaxşılarını təltif edib


Bakı karate-do akademiyası ilin yekununa həsr olunmuş tədbir keçirib. Tədbirdə bir sıra dövlət xadimləri, federasiya prezidentləri, media işçiləri Bakı Karate-do akademiyasının prezidenti Vusal Abdullazadəni tək qoymamışdılar. Tədbir Azərbaycan Respublikası dövlət himni ilə açıq elan olunub. Bakı karate–do akademiyası üçün 2017-ci il uğurlu keçib. Biz bu il böyük uğurlara imza atmışıq deyən Vusal Abdullazadə yeni ildə də böyük nailiyyətlər üçün çalışacaqlarını bildirib. Bakı Karate-Do Akademiyasının prezidenti, tədbirdə iştirak edən fəxri qonaqlar da federasiyası rehberinin bu sevincli günündə onun yanındaydılar. Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov ölkəmizdə idmana olan maraqdan danışıb. O bildirib ki, gənclərimizin idmana olan marağını daim artırmaq üçün biz dayanmadan çalışmalıyıq, çünki sağlam gələcək sağlam gənclərdən ibarətdir. Azərbaycan Alpaqut Federasiyasının Prezidenti Bakı Karate-do akademiyası hər zaman onlara dəstək olanları, xüsusən də media işçilərini mükafatlandırmağı yaddan çıxarmamışdı. Biz də - Otv kanalı olaraq mükafat alanların sırasındaydıq. Onu da bildirək ki, Otv kanalı olaraq hər zaman idmanın və idmançıların yanındayıq. İnanırıq ki, yaxın gələcəkdə bu cür tədbirlər doğma Qarabağımızda keçirilər.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 306 | Kateqoriya: İdman / OTV Xəbər / Mədəniyyət Tarix: 25.12.2017, 18:47

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM