Serena Viliams geri dönməyə hazırlaşır


Serena Viliams ana olduqdan sonra ilk dəfə olaraq tennisə qayıdacaq. OTV xəbər verir ki, amerikalı tennisçi gələn şənbə Birləşmiş Ərəb Əmirlikərinin paytaxtı Abu Dabidə Mubadala nümayiş tədbirində çıxış edəcək.

23 Qrand Slam qalibi 11 ay əvvəl “Avstraliya Open” turnirinin qalibi olduqdan sonra heç bir yarışda iştirak etməyib. Onun bu qələbəsini daha yaddaqalan edən isə yarış zamanı tennisçinin artıq iki aylıq hamilə olması idi.

36 yaşlı tennisçi yanvar ayında “Fransa Open” turnirində Yelena Ostapenko ilə qarşılaşacaq. Cütlük daha əvvəl kişilər üçün təşkil edilən bu turnirdə yarışan ilk qadın tennisçi olaraq ilkə imza atacaqlar.

Viliams gələn ay təşkil ediləcək “Avstraliya Open” turnirində qalib gələcəyi təqdirdə özünün 24-cü Qrand Slam qələbəsini qazanaraq bütün dövrlərin rekord sahibi Marqaret Kourt ilə eyni pilləni bölüşəcək.

Xatırladaq ki, Viliams hazırda dünya reytinqdə 22-ci yerdə olduğundan onun yanvar ayının 15-də başlayacaq “Avstraliya Open” turnirində iştirakı üçün hər hansı xüsusi icazə kartına ehtiyac yoxdur.

Mənbə: CNN

Tərcümə: Firuzə Məmmədova OTV üçün 



Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 185 | Kateqoriya: İdman Tarix: 25.12.2017, 17:59

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM