Çarli Austin növbəti oyunlarda iştirak etməyəcək » OTV - İnternet Televiziyası

Çarli Austin növbəti oyunlarda iştirak etməyəcək


Sautqempton oyunçusu Çarli Ostinin aldığı xəsarətə görə Futbol Assosasiyası tərəfindən növbəti 3 oyunda iştirakına qadağa qoyulub.

OTV xəbər verir ki, Ostin Haddersfild oyunçusu Cons Losli tərəfindən 6- cı gün keçirilən Premyer Liqasında xəsarət alıb. Bu mövsümü 6 qolla tamamlayan 28 yaşlı idmançı Totenham, Mançester Yunaytedə qarşı oynamaq şansını qaçıracaq. O üzündən təpiklə vurulub və oyunun 79-cu dəqiqəsində başqa oyunçu ilə əvəz edilib. Komanda başçısı Mauriko Pellegrino idmançının aldığı xəsarətlə bağlı olaraq yanvar ayının 6-sına qədər oyunlarda iştirak etməyəcəyini təsdiqləyib. Rəqib komandanın hakimi isə bunun təsadüfən baş verdiyini və oyunçusunun bunu qəsdən etməsinin mümkün olmadığını bildirib.




Mənbə: BBC news
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 174 | Kateqoriya: İdman Tarix: 25.12.2017, 15:28

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM