Beynəlxalq Olimpiya Komitəsindən rusiyalı idmançılara qadağa


Cümə günü Beynəlxalq Olimpiya Komitəsi tərəfindən yayılan bəyanatda bildirilir ki, 2014-cü ildəki Soçi Olimpiya Oyunları zamanı dopinq istifadəsinə görə 11 rusiyalı atlet oyunlardan ömürlük məhrum edilib.

OTV-nin xəbərinə əsasən, bəyanatda bildirilir ki, qadağa ilə üzləşən atletlər İvan Skober, Artem Kuznetçov, Tatyana İvanova , Albert Demçenko, Nikita Kryukova, Aleksandr Bessmertnyuk , Natalia Matveeva, Ludmila Udobkina , Maksim Beluqin , Tatyana Burina və Anna Şçukinadır.

BOK bildirir ki, dopinq nümunələri araşdırılan idmançıların sayı artıq 46-a çatıb. Bəzi araşdırmalar artıq sona çatsa da, yeni məlumatların əldə edilə biləcəyi ehtimalı yekun qərarın verilməsinin qarşısını alır.

Məlumat üçün bildirək ki, Rusiya dövlət-sponsorlu dopinq qalmaqalı səbəbindən gələn il Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakdan məhrum edilib.

Beynəlxalq Olimpiya Komitəsi dopinq testi zamanı qanında heç bir qadağan olunmuş maddə aşkar edilməyən idmançıların da Rusiya bayrağı altında iştirakına icazə vermir. Onlar bu oyunlarda yalnız neytral idmaçı kimi yarışa bilərlər.

Mənbə: Anadolu Agency
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 121 | Kateqoriya: İdman Tarix: 23.12.2017, 16:05

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM