Fatih Terim Qalatasarayın baş məşqçisi təyin edilib


Türkiyə milli komandasının keçmiş baş məşqçisi Fatih Terim Qalatasarayın çalışdırıcısı kimi ölkə futboluna qayıtmağa hazırlaşır. OTV xəbər verir ki, İstabul klubunun idarəetmə heyyəti bu xəbəri çərşənbə günü elan edib. Bu ilin əvvəllərində 64 yaşlı məşqçinin Bosnianın milli komandasına rəhbərlik edəcəyi ilə bağlı şayiələr yayılmaqda idi. 2017-2018-ci illər mövsümünə yaxşı başlayan Qalatasaray artıq bir neçə həftədir ki, birincilik şanslarını itirib.

Məlumat üçün bildirək ki, keçən həftə Super Liqada Yeni Malatyaspor məğlubiyyətindən sonra komandanın xorvatiyalı baş məşqçisi İqor Tüdor rəhbərlik tərəfindən postundan uzaqlaşdırılıb.

Mənbə: Anadolu Agency
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 26 | Kateqoriya: İdman Tarix: 22.12.2017, 16:51

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM