Endi Mürey Avstraliyaya gedişini təxirə salır


Yeni mövsümə Yanvarda Brişbanda başlamağı planlaşdıran Endi Mürey Avstraliya səfərini təxirə salıb.

OTV-nin xəbərinə görə, 3 Qat Qrand Slam çempionu ombasındakı zədə səbəbindənVimbldondan bəri hər hansı yarışda iştirak etməyib.

Şotlandiyalı tennisçi 15-29 Yanvar tarixlərində Melbrunda təşkil ediləcək Avstraliya Open turnirindən öncə Brişbanda iştirak etməyi planlaşdırırdı.

Müreyin əvvəlki planı dekabrın 25-dən öncə Avstraliyaya getmək idi.

Mürrey sonuncu dəfə noyabrın əvvələrində xeyriyyə məqsədi ilə təşkil edilmiş oyunda Rocer Federere qarşı oynamış və bu ilin Avstraliya Open və Vimbldon çempionuna qalib gəlməyi bacarmışdı.

Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 30 | Kateqoriya: İdman Tarix: 22.12.2017, 16:07

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM