David Luiz Nyukasla gedə bilər


Baş məşqçi Antonio Konte ilə mübahisələr yaşayan və Çelsidəki gələcək taleyi qeyri-müəyyən olan David Luiz üçün yeni təkliflər var.

OTV-nin xəbərinə görə, dizindəki zədə səbəbindən əvvəlki formada ola bilməyən futbolçunu Arsenal 25 milyon avro qarşılığında almaq istəsə də, Nyukasl komandası da braziliyalı müdafiəçini öz tərkibinə qatmaq niyyətindədir.

Yayılan məlumatlara görə, Nyukaslın ispaniyalı baş məşqçisi Rafael Benitaz bu ayın əvvəlində Nyukastlın 3-1-lik məğlubiyyətindən sonra David Luizlə danışıqlara başlayıb. 2012-13-cü illər mövsümü ərzində Çelsidə çalışdığı zaman David Luizlə işləmək imkanı əldə edən Benitaz komandanın sabitliyini qorumaq üçün oyunçunun komandaya gətirilməsini vacib hesab edir. Lakin Nyukastlın hazırki büdcəsini nəzərə alaraq komanda futbolçunu yalnız kirayələməklə kifayətlənəcək.

Çelsinin çətin vəziyyətdə olduğu bir zamanda baş məşqçi Antonio Kontenin yarımmüdafiəçi mövqeyindədə də oynaya bilən mərkəz yarımmüdafiəçisi haqqında hansı qərarı verəcəyisə məlum deyil.

Mənbə: The Sun
Tərcümə: Firuzə Məmmədova OTV üçün

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 379 | Kateqoriya: İdman Tarix: 20.12.2017, 02:20

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM