Norveçin Olimpiya Oyunları ilə bağlı narahatlığı


Koreya yarımadasında yaşanmaqda olan gərginliklə əlaqədar olaraq bir sıra ölkə vətəndaşları 20K18-ci ildə Cənubi Koreyanın Pyeonçanq şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakla bağlı qərarsızlıq yaşayırlar. OTV-nin xəbərinə görə, insanlar oyunlar zamanı Şimali Koreyanın hər hansı təxribat aktı həyata keçirməsindən ehtiyatlanırlar. Əldə edilən məlumatlara əsasən son günlərdə norveçli azarkeşlərin əksəriyyəti öz səyahət planlarını ləğv etməklə məşğuldur. Onlar bu oyunları səbirsizliklə gözlədiklərini bildirsələr də, belə bir vəziyyətdə həyatlarını riskə atmaq istəmədiklərini qeyd ediblər. Qış Olimpiya Oyunlarının təşkilatçıları isə öz növbələrində bildiriblər ki, oyunlar tam təhlükəsiz şəkildə təşkil ediləcək və insanlar buraya gəlib öz vaxtlarını səmərəli və maraqlı şəkildə keçirə bilərlər.

Mütəxəsislərin fikrincə, bütün bu təhlükə risklərinə baxmayaraq qış idman növləri üzrə yüksək nəticələrə sahibin Norveçin Olimpiya Oyunlarından imtinası bu mötəbər tədbir üçün böyük itki ola bilər.

Onu da xatırladaq ki, bir müddət əvvəl ABŞ Olimpiya Komitəsidə də idamnçıların təhlükəsizliyi baxımından bu oyunlarda iştirakla bağlı qərarı bir dəfə də nəzərdən keçirəcəklərini elan etmişdi.

Mənbə: Sputnik
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 196 | Kateqoriya: İdman Tarix: 19.12.2017, 01:53

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM