Fariz Məmmədovun “Böyük Qayıdış”ı təqdim olunub - VİDEO


Azərbaycan oğullarının mərdliyi bütün dünyaya səs salıb desək yanılmarıq. Mərdliyi ilə dillərə dastan olan oğullarımız haqqda yazılar yazılıb, filmlər çəkilib, kitablar çap olunub, jurnallar dərc edilib. Bu dəfə isə çəkilən film, mükafatları ilə Azərbaycanı dünya peşəkar boks arenasında tanıdan, bayrağımızı daim zirvələrdə dalğalandıran, erməni rəqiblərini qarşısında diz çökürdən,dünya çempionumuz Fariz Məmmədov haqdadır. “Böyük qayıdış” filmi çempionun həyatda yaşadığı problemlərdən, çətinlikləri dəf etdiyi keşmə-keşli yollardan bəhs edir. Filmin yaradıcı heyyətini və çempionu millət vəkilləri, federasiya prezidentləri, dünya və avropa çempionları , habelə bir çox incəsənət xadimləri də tək qoymamışdılar.

Filmi təxmini 7-8 ay ərzində ərsəyə gətirən rejissor Nicat Cəlilov bildirir ki , çempion haqda çəkilən qısametrajlı film böyük marağ doğurub. Bir çox idmançılardan da təklif alan rejissor təklifləri dəyərləndirəcəyini qeyd edib.

Filmin çox təsirli olduğunu deyən qonaqlar müəyyən nüanslara da toxundular. Onlar bildirdilər ki, film sadəcə bir idmançının həyatından bəhs etmir, film Fariz Məmmədovun həyata qarşı olan mübarizəsindən gedir.

Biz də “OTV” kanalı olaraq filmin yaradıcı heyyətinə gələcək işlərində uğurlar arzulayırıq. İnanırıq ki, “Böyük qayıdış” filmi Azərbaycan kino məkanında lazımi yerini tutacaq.



Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Nəzrin Süleyman | Baxılıb: 169 | Kateqoriya: İdman / Şou-biznes / Manşet / Mədəniyyət Tarix: 20.12.2017, 19:06

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM