Qrizman üzr istədi


Atletiko Madrid və Fransa millisinin hücumçusu Antonio Qrizman instaqram səhifəsində paylaşdığı foto səbəbindən izləyicilərindən üzr istəyib. OTV-nin məlumatına görə, əyləncə gecəsində özünə qaradərili basktebolçu obrazı seçən futbolçunun bədənini qara rəngə boyaması sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Onlar futbolçunu irqçilikdə qınayıblar. Bundan sonra fotonu silən və daha sonra istifadəçilərindən rəsmi şəkildə üzr istəyən Qrizman bildirib ki, o Harlem Qlobetrotters fanatıdır və formanı sevgi göstəricisi olaraq geyib.

Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 278 | Kateqoriya: İdman Tarix: 18.12.2017, 03:41

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM