Kaka karyerasını başa vurdu


Məşhur futbolçuKaka bazar günü İnstaqramda paylaşdığı postla karyerasını rəsmi olaraq başa vurduğunu elan etdi. OTV-nin xəbərinə görə, onun 3 qitəni əhatə edən karyerası uğurlarla boldur. 2002-ci ildə Braziliya ilə Dünya Kubokunu əldə edən Kaka, 2 dəfə də Konfederasiyalar Kubukonun qalibi olub.

Öz karyerasına 2001-ci ildə Sao Paolo klubu ilə başlayan futbolçu daha sonra 3 mövsüm Milan forması geymişdi. Karyerasının son 3 mövsümünü isə Orlando City SC –də keçirən futbolçu 25 qol və 19 assistlə karyerasını uğurlu şəkildə sona çatdırıb. 3 dəfə UEFA “İlin Rəmzi Heyəti “də yer alan və 2 dəfə “İlin Futbolçu “ seçilən Kakanı bəzən qızıl topun Messi və Ronaldadan öncə son sahibi də adlandırırlar.

Mənbə: NBC Sports

Tərcümə: Firuzə Məmmədova OTV üçün 



Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 391 | Kateqoriya: İdman Tarix: 18.12.2017, 03:20

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM