David Luiz üçün Çelsidə son günlər


İngilitərə mətbuatında yayılan şayiələrə görə, Çelsi müdafiəçisi qarşıdan gələn ilin yanvarında klubu tərk edə bilər.

OTV-nin xəbərinə görə, 30 yaşlı Luizin dizinin zədəli olması və Romaya məğlub olduqdan sonra yalnız bir dəfə Çelsi forması geyməsi onun baş məşqçi Antonio Konte ilə heç də yaxşı olmayan münasibətlərini daha da kəskinləşdirib.

Məlumat üçün bildirək ki, oyunçu 2015-cü ildə 66 milyon dollar qarşılığında Çelsidən Paris Sen-Jermenə transfer edilmiş və 2016-cı ildə 45 milyon dollara yenidən “Dumanlı Albion”a geri qayıtmışdır.

Qeyd edək ki, Çempionlar Liqası çərçivəsində Roma ilə görüşdəki məğlubiyyətdən sonra futbolçu yalnız bir dəfə- 22 Noyabrda Qarabağa qarşı keçirilən oyun zamanı Çelsi forması geyinmiş və Liverpula qarşı oyundan əvvəl dizindən zədələnmişdir.

Mütəxəsislərin fikrincə David Luizin gedə biləcəyi ən real klub Yuventusdur. Lakin hər iki klubun Çempionlar Liqasında iştirakı səbəbindən bu transferin bir qədər problem yaradacağı gözlənilməkdədir.

Mənbə: NBC Sports
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 24 | Kateqoriya: İdman Tarix: 18.12.2017, 02:42

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM