Mo Farah 2017-ci ilin “İdman Adamı” seçilib


10.000 metrə qaçış üzrə dünya çempionu Ser Mo Farah BBC tərəfindən təqdim edilən 2017-ci ilin “İdman Adamı“ mükafatının qalibi seçilib. OTV xəbər verir ki, 34 yaşlı 4 qat Olipmiya çempionu ardıcıl olaraq 3-cü 10.000 metr dünya çempionluğunu bu ilin Avqustunda Londonda əldə etmişdi.

O 2002-ci ildə Paula Radkliffin bu mükafatı almasından sonra mükafatı qazanan ilk uzun məsafəyə qaçıcısıdır. Adı çəkilən tədbirdə Velosiped İdmanı üzrə Dünya çempionu Conaton Ri ikinci, 2 qat Olimpiya çempionu Conni Pikok 3-cü olub.

Liverpulda təşkil edilən tədbirdə qalib səsvermə yolu ilə təyin edilib. Bu Mo Farahın qazandığı ilk belə mükafatdır. Belə ki, bundan əvvəl onun BBC-nin ilin “İdman Adamı“ mükafatında ən uğurlu nəticəsi 2011-ci ildə əldə etdiyi 3-cülüyü olub.

Hazırda Londonda olması səbəbindən tədbirə qatıla bilməyən Farahın mükafatı onunögey qızına təqdim edilib.

Məlumat üçün bildirək ki, əslən Somalidən olan Mo Farah uşaq yaşlarından ölkəsini tərk edərək Birləşmiş Krallığa üz tutmuş və daha sonra qaçış idman növü üzrə bu ölkənin şərəfini qorumağa başlamışdır.

Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 349 | Kateqoriya: İdman Tarix: 18.12.2017, 02:02

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM