Dünənki biabırçılıqla bağlı Pərviz Musayevin açıqlaması » OTV - İnternet Televiziyası

Dünənki biabırçılıqla bağlı Pərviz Musayevin açıqlaması


Velosiped idmanının şosse növü üzrə Azərbaycan yeniyetmə və gənclərdən ibarət yığma komandasının, həmçinin “Synergy Baku” kontinental klubunun üzvlərinin dünən səhər saatlarında Heydər Əliyev prospekti istiqamətində məşq edərkən saxlanılmasına, Velosiped İdman Federasiyası Assosiasiyasının mətbuat xidmətinin katibi Pərviz Musayev OTV-yə açıqlamasında münasibət bildirərkən aşağıdakıları qeyd edib.

“Əslində velosipedçilər ənənəvi qaydada Velosiped Federasiyasının nəzarəti ilə aeroport yolunda məşqlərini edirdilər, yəni Beynəlxalq Hava Limanı istiqamətindəki həmin yol onların hər zaman məşq etdikləri yerdir. Bu hal doğrudan da maraqlıdır ki, niyə heç bir səbəb göstərilmədən velosipedçilər bir neçə saat Bakı şəhər Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və günortadan sonra velosipedləri cəriməsiz şəkildə geri qaytarıblar. Bu hadisə ilə əlaqədar bizim əlimizdən gələn sadəcə gözləmək idi. Qeyd edim ki, bundan əvvəl heç vaxt belə problemlərimiz olmayıb. Sosial şəbəkələrdə velosipedçilərin saxlanılması və onların velosipedlərinin əllərindən alınması ilə bağlı yayılan videolarda mətbuatın reaksiyası güclü oldu və artıq onların özlərinə də bu məsələ maraqlıdır ki, hansı səbəbdən belə olub”.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 216 | Kateqoriya: İdman Tarix: 18.12.2017, 13:57

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM