Messi hələ heç vaxt belə başlamamışdı – 5 oyuna 9 qol

Xəbərin çap versiyası
Tarix: 23-09-2017, 16:19    
Messi hələ heç vaxt belə başlamamışdı – 5 oyuna 9 qol OTV İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı futbolçu La Liqanın ilk 5 turunda 9 qol vurub. Bu da onun bütün karyerası ərzində ən uğurlu başlanğıc sayılır.

30 yaşlı ulduz oyunçu 2 qolu “Alaves”ə, 3 qolu “Espanyol”a, 4 qolu isə “Eybar”a vurub. Bunadək Messinin ən yaxşı göstəricisi 2011/12 mövsümündə olmuşdu. Həmin vaxt o, ilk 5 turda 8, yekunda isə bütün turnirlərdə 82 qol vurmuşdu.

Messi İspaniya çempionatlarında ilk 5 turda neçə qol vurub?

2004/05 – 1
2005/06 – 0
2006/07 – 2
2007/08 – 5
2008/09 – 4
2009/10 – 5
2010/11 – 3
2011/12 – 8
2012/13 – 6
2013/14 – 7
2014/15 – 3
2015/16 – 3
2016/17 – 4
2017/18 – 9

Messi də 9 qol vurub, "Real" da

Qeyd edək ki, həm də Messinin bu mövsüm vurduğu qollar sayəsində "Barselona" 15 xalla liderdir. Kataloniya klubu əzəli rəqibi "Real"ı 7 xal qabaqlayır. Maraqlıdır ki, bu mövsüm "Real" bütün komanda olaraq cəmi 9 qol vurub. Yəni bir tək Messinin vurduğu qolların sayı qədər.

Messi hələ heç vaxt belə başlamamışdı – 5 oyuna 9 qol


OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz