Terim federasiyadan 3.5 milyon avro tələb etdi

Xəbərin çap versiyası
Tarix: 22-09-2017, 12:28    
Terim federasiyadan 3.5 milyon avro tələb etdi OTV "Hüriyyət"ə istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis rəsmi müraciət edərək, bu ilin iyulunda müqaviləsi ləğv olunduğu üçün 1 illik maaşının ödənilməsini istəyib.

64 yaşlı məşqçinin 2013-cü ildə imzaladığı 5 illik müqavilədə onun illik maaşı 3.5 milyon avro göstərilib. Müqaviləsinin bitməsinə 16 ay qalmış vəzifəsindən göndərilən Terim federasiyadan 12 ayın təzminatını - 3.5 milyon avro istəyib.

Qeyd edək ki, F. Terimin istefaya göndərilməsindən sonra millidə baş məşqçi vəzifəsinə Mirça Luçesku gətirilib.

Terim federasiyadan 3.5 milyon avro tələb etdi


OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz