"Hakim məni başa düşmədi" - Endi Hallidey

Xəbərin çap versiyası
Tarix: 18-09-2017, 13:11    
OTV bildirir ki , bu sözləri "Qəbələ"nin futbolçusu Endi Hallidey Topaz Premyer Liqanın 5-ci turunda səfərdə "Səbail"ə 3:1 hesablı qalib gəldikləri oyundan sonra jurnalistlərə deyib.

"Deməzdim ki, pis oynayırıq. Sadəcə, matça yaxşı başlamadıq və sonradan özümüzə gəldik. Ümumiyyətlə, dam ən yaxşı oyun nümayiş etdirməlisən. Əminəm ki, bundan da yaxşı oyun göstərə bilərdik" - deyə o bildirib.

Şotlandiyalı yarımmüdafiəçi hər matçda fərqli mövqelərdə çıxış etməsinə belə münasibət bildirib: "Mənim universallığım var və hansı mövqedə oynamağımın fərqi yoxdur. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirə bilirəmsə, özümü çox xoşbəxt hiss edirəm".

O, komandasının liderlərlə arasında olan xal fərqindən söz açıb: "Düzdür, bundan daha yaxşı oyun göstərə bilərik. Komandamızın gücü var və liderlərə çatmaq üçün çalışacağıq".

Endi oyunun gedişində hakimə etiraz etməsinə də aydınlıq gəlib: "Həmin epizoddan öncə qayda pozuntusu qeydə alındı. Mən hakimdən nə baş verdiyini soruşdum, amma o, məni başa düşmədi. Sadəcə, bir az sərt alındı. Şotlandiyalıların dediyi hər şey aqressiv kimi səslənir. Daha sonra hakim sarı vərəqə göstərdi və mən üzr istədim. Yenə deyirəm, sadəcə, nə baş verdiyini soruşmaq istəyirdim".

"Hakim məni başa düşmədi" - Endi Hallidey


OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz