“Neftçi” bu gün yeni baş məşqçi ilə müqavilə bağlayacaq

Xəbərin çap versiyası
Tarix: 11-09-2017, 12:50    
“Neftçi” bu gün yeni baş məşqçi ilə müqavilə bağlayacaq OTV bildirir ki , 46 yaşlı mütəxəssis bu gün “Neftçi” ilə rəsmi müqavilə bağlayacaq.

Klub rəhbərliyinin böyük ümidlərlə gətirdiyi Əhmədovun qarşısına “ağ-qaralar”ı “qara zolaq”dan çıxarmaq tapşırığı qoyulub. Vaxtilə “Neftçi”də işləmiş çalışdırıcı bu gün həmsoyadı Elşad Əhmədovdan postu təhvil alacaq. Belə ki, futbolçu karyerası ərzində də paytaxt təmsilçisinə xidmət etmiş Tərlan Əhmədovun “Neftçi”dəki ilk məşqi də bu gün baş tutacaq.

Hazırlıq prosesindən öncə isə mütəxəssis komandaya təqdim olunacaq.

Qeyd edək ki, cari mövsümə Elxan Abdullayevlə başlayan “Neftçi” rəhbərliyi “Səbail”ə məğlubiyyətdən sonra millinin sabiq məşqçisi ilə yolları ayıraraq, bu postu müvəqqəti olaraq, əvəzedici heyətin çalışdırıcısı Elşad Əhmədova tapşırmışdı.

“Neftçi” bu gün yeni baş məşqçi ilə müqavilə bağlayacaq


OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz