"Dişimizlə, dırnağımızla vuruşmağa hazırıq" - Qurban Qurbanov

Xəbərin çap versiyası
Tarix: 11-09-2017, 11:51    
OTV bildirir ki , bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Frans Press" agentliyinə açıqlamasında deyib.

O, Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərinin çox güclü və təcrübəli olduğunu bildirib: "Amma bu, döyüşdən əvvəl təslim olacağımız demək deyil. Biz hər bir matçda dişimizlə, dırnağımızla vuruşmağa hazırıq”.

Q.Qurbanov ÇL-in qrup mərhələsinin ilk turunda "Çelsi"yə qarşı görüşün çətin keçəcəyini bildirib: "Yarışa Londonda başlayırıq. "Stemford Bric”dəki oyun bizim üçün çox çətin və ağır olacaq. Ancaq orada layiqincə çıxış edəcəyimizə ümid edirik".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının C qrupunda "Çelsi", "Atletiko" və "Roma" ilə birgə mübarizə aparacaq.

"Dişimizlə, dırnağımızla vuruşmağa hazırıq" - Qurban Qurbanov


OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
{linkfeed}{sape_links}{sape_article}
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz