“Qarabağ”ı yaxşı tanıyıram” – Braziliya millisinin sabiq üzvü

Xəbərin çap versiyası
Tarix: 8-09-2017, 14:36    
“Qarabağ”ı yaxşı tanıyıram” – Braziliya millisinin sabiq üzvü İtaliya mətbuatına geniş müsahibə verən Braziliya millisinin sabiq üzvü “Roma”nın Çempionlar Liqasındakı şanslarını da dəyərləndirib. 26 yaşlı mərkəz müdafiəçisi “Çelsi”, “Atletiko” və “Qarabağ”la birgə qərarlaşdıqları qrupdan çıxacaqlarına inanır.

Sabiq “İnter”li vaxtilə “neradzurra”nın heyətində üz-üzə gəldiyi Azərbaycan çempionunu tanıdığını da əlavə edib: “Qrupda “Çelsi”, “Atletiko” və “Qarabağ” kimi komandalarla mübarizə aparacağıq. Həmin “Qarabağ” bir neçə il əvvəl Avropa Liqasında “İnter”ə qarşı çıxış edib. O zaman “İnter”də olduğumdan, “Qarabağ”ı yaxşı tanıyıram. İtaliyadakı ilk görüşdə onlara qarşı oynamışam. Ümumiyyətlə, Çempionlar Liqası çox gözəl və çətin marafondu. Bunun məsuliyyətini dərk edirik və hədəfə çatacaq gücdə olduğumuzu bilirik. Bu yolda qrupdakı oyunlar bizə kömək olacaq. Komandama yüz faiz inanıram. İlk görüşümüzü evdə “Atletiko”ya qarşı keçirəcəyik. Daha yüksək məqsədlər barədə danışırıqsa, “Atletiko”dan 3 xal almalıyıq”.

Qeyd edək ki, qrupda ilk oyununu sentyabrın 12-də “Atletiko”ya qarşı keçirəcək “Roma” ayın 27-də Bakıda “Qarabağ”ın qonağı olacaq.

“Qarabağ”ı yaxşı tanıyıram” – Braziliya millisinin sabiq üzvü


OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz