"Araz"ın oyunlarının vaxtı açıqlandı

Xəbərin çap versiyası
Tarix: 7-09-2017, 13:48    
OTV futbolxeber.az - a istinadən bildirir ki , Azərbaycan çempionu “Araz”ın da keçirəcəyi qarşılaşmaların vaxtı bəlli olub.

Naxçıvan təmsilçisi oyunları Rumıniyada keçiriləcək H qrupunda mübarizə aparacaq. Görüşlər Deva şəhərinin İdman Sarayında baş tutacaq.

“Araz” oktyabrın 11-də Bosniya və Herseqovinanın “Mostar” klubu ilə görüşəcək. Oyun Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Ertəsi gün eyni saatda başlayacaq matçdakı rəqib “Luksol Sent Endryu” (Malta) olacaq.

“Araz” oktyabrın 14-dəki son turda meydan sahibi “Deva” ilə görüşəcək. Saat 20:00-da başlayacaq oyun elit-raunda yeganə vəsiqənin taleyi baxımından həlledici xarakter daşıyacaq.

"Araz"ın oyunlarının vaxtı açıqlandı


OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz