"Burda mənə hörmət yoxdursa, başqa yerə gedərəm"

Xəbərin çap versiyası
Tarix: 7-09-2017, 13:41    
OTV xəbər verir ki, təcrübəli forvard ötən mövsüm komandadan kənarlaşdırılması, rəhbərlik dəyişikliyi barədə fikirlərini bölüşüb.

"Qurumlar qalır, rəhbərlik dəyişir. Fərqli rəhbərlikdə müxtəlif fikirlər ola bilər. Bunlar futbolun bir hissəsidir. Bu günə qədər heç kim haqqında pis bir şey fikirləşməmişəm. Bu şəhəri və klubu çox sevirəm. Məni "Antalyaspor"a gətirən insanlara görə problemlərə göz yuma bildiyimi göstərmək istədim. Onu da demək istərəm ki, bura qədər yaşanan bütün konfliktlərdə mən haqlı idim. Artıq getmək istəyirəm. Səbəb pul deyil. Yəni rəhbərliklə ticarət aparmıram. Lazımi hörməti görmək istəyirəm. Klubun prezidenti də bundan xəbərdardır. Ona dedim ki, "Antalyaspor"a və özümə qarşı hörmətimə görə buraxın, gedim. Bu klubda oynadığım müddətdə bir sıra təkliflər almışam və hamısından da idarəçilərin xəbəri olub. Pula görə getmək fikrim olsaydı, əvvəldən gedərdim. Böyük klublarda forma geymişəm. "Antalyaspor"un mənim kim olduğumu dərk etməsini istəyirəm. Menecerim Vilfred De Happi də bunu deməyə çalışırdı".

Kamerunlu hücumçu klubun prezidenti Ali Şafak Öztürklə münasibətinə də toxunub.

"O, mənim qardaşımdır. Mən öz işimi görürəm. Heç kimə problem yaratmamışam. Baş verən narazılıqlara baxmayaraq komanda və azarkeşlərə hörmətimdən burda qalmaq qərarına gəlmişdim. Amma belə davam edə bilməz. Burda mənə hörmət yoxdursa, başqa yerə gedərəm. Klub vəziyyəti düzəldə bilər. Lakin bu günə qədər problemləri aradan qaldırmaq üçün rəhbərlikdən hərəkət görmədim".

"Burda mənə hörmət yoxdursa, başqa yerə gedərəm"


OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz