İlin ən yaxşı bombardirləri - SİYAHI

Xəbərin çap versiyası
Tarix: 7-09-2017, 13:37    
İlin ən yaxşı bombardirləri - SİYAHI OTV apasport.az-a istinadən xəbər verir ki, başa çatan 8 ayın yekunlarına əsasən tərtib olunan cədvəldə beynəlxalq oyunlarda vurulan qollar nəzərə alınıb.

Siyahıya ən azı 6 top vuranlar daxil edilib. 39 oyunçu milli komanda və qitə kuboklarında bu qədər fərqlənməyi bacarıb.

Cədvələ Portuqaliya yığmasında da, İspaniya "Real"ında da 10 qol vuran Kriştianu Ronaldu başçılıq edir.

2-ci sırada qərarlaşan Kim Yu Sonq Ronaldudan az qala 2 dəfə geri qalır. O, cəmi 11 qolla 2-ci pillədə qərarlaşıb. Asiyalı KXDR yığmasında 2, "Aprel 25"də 9 dəfə fərqlənib.

3-cü yerin sahibi isə dəyişib. Qvineyalı Seku Kamara qol sayını 9-a çatdırıb. O, iranlı Mehdi Taremə çatsa da, əlavə göstəricidə asiyalını arxada qoyub. Seku millidə 8, "Horoya"da 1 dəfə fərqlənib.

İFFHS-in cədvəlində Azərbaycan təmsilçiləri yer almayıb. Çünki nə yerli, nə də klublarımızda çıxış edən əcnəbilər bu qədər qol vurub. "Qarabağ"ın CAR-dan olan legioneri Dino Ndlovu Çempionlar Liqasında vurduğu 4 topla hələlik ən yaxşımızdı. Onu cədvələ düşməkdən cəmi 2 qol ayırır.

İlin ən yaxşı bombardirləri - SİYAHI


OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz