Dünya çempionatının oyununun nəticəsi ləğv edildi

Xəbərin çap versiyası
Tarix: 7-09-2017, 13:27    
Dünya çempionatının oyununun nəticəsi ləğv edildi OTV FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, buna görüşün baş hakimi Cozef Lempti matçın nəticəsinə təsir etməsi səbəb olub. FİFA-nın qərarı ilə o, ömürlük diskvalifikasiya edilib.

Komandalar ikinci dəfə noyabrda üz-üzə gələcəklər. Dəqiq tarix sentyabrın 14-də FİFA-nın xüsusi iclasında açıqlanacaq.

Qeyd edək ki, nəticəsi ləğv olunan və 2016-cı il noyabrın 12-də keçirilən CAR - Seneqal oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Xatırladaq ki, "Qarabağ"ın cənubi afrikalı legioneri Dini Ndlovu sözügedən matçda iştirak etməyib.

Dünya çempionatının oyununun nəticəsi ləğv edildi


OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz