Ağır atletika millimiz yenə diskvalifikasiya oluna bilər

Xəbərin çap versiyası
Tarix: 7-09-2017, 12:59    
Ağır atletika millimiz yenə diskvalifikasiya oluna bilər "Üç nəfərdən ibarət komissiya IWF İcraiyyə Şurasının 3-dən 10-a qədər atletinin Pekin-2008 və London-2012 olimpiya oyunları üzrə nümunələri yenidən attestasiya zamanı müsbət nəticə verən 9 ölkənin cəzalandırılmasına dair təkliflərinin araşdırılması üçün yaradılıb. Komissiya bu həftəsonu Budapeştdə işi yekunlaşdırmmaq üçün görüş keçirməlidir. Onun hesabatı IWF İcraiyyə Şurasının 30 sentyabr – 1 oktyabrda Buxarestdə keçiriləcək növbədənkənar iclasına daxil ediləcək… Çox güman ki, doqquz ölkənin hər birinin dünya çempionatında iştirakına qadağa qoyulacaq", — deyə nəşr yazır.
Qeyd olunur ki, burada söhbət Qazaxıstan və Rusiya (Hər yığmada 10 müsbət dopinq nümunəsi), Belarus (7 müsbət nümunə), Azərbaycan (5), Ermənistan (4), Türkiyə, Ukrayna, Çin və Moldovadan (hər biri 3) gedir.
Bununla yanaşı, nəşrin məlumatına görə, söhbət doqquz ölkədən hər birinin 1 il müddətinə IWF-nin təşkilatçılığı ilə keçirilən bütün yarışlardan kənarlaşdırılmasından gedəcək.

Ağır atletika millimiz yenə diskvalifikasiya oluna bilər


OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz