5-ci dəfə “Ballon d’Or” 2017 mükafatını qazanan Cristiano Ronaldo


Real Madrid hücumçusu Cristiano Ronaldo 5-ci dəfə “Ballon d’Or” mükafatını qazanaraq rəqibi Lionel Messini məğlub edib. OTV xəbər verir ki, 32 yaşlı Portuqaliya təmsilçisi son mükafatlarını əsasən 2015-ci ildə əldə edən 30 yaşlı Messi üzərində qələbə çalıb. Messinin köhnə komanda yoldaşı Neymar isə 3- cü yerdə qərarlaşıb. Ötən mövsum Real Madridin Çempionlar Leqasının qalibi olmasında və2012-ci ildən ilk dəfə olaraq La Liga mükafatına layiq görülməsində Ronaldonun xüsusi rolu olmuşdur. Nəzərinizə çatdıraq ki, Ronaldo “ Ballon d’Or” mükafatını ardıcıl olaraq 2008, 2013, 2014 və 2016 cı illərdə qazanmışdır, Messinin bu mükafatı qazanmaq tarixi isə 2009-cu ilə təsadüf edir. Ronalda müsahibəsində bütün komanda yoldaşlarına və onun bu mövqeyə çatmasında ona kömək edən insanlara təşəkkür etdiyini bildirdi. 2016-2017-ci il mövsümü əvvəlki Mançester Yunayted oyunçusu üçün uğurlu illər olaraq yadda qaldı.

Mənbə:BBC news
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 58 | Kateqoriya: İdman Tarix: 09.12.2017, 19:16

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM