Şirkətlərarası futbol çempionatına - "Birlik Kuboku-4" qeydiyyat başladı - VİDEO

Xəbərin çap versiyası
Tarix: 19-09-2017, 14:58    
Şirkətlərarası futbol çempionatına - "CityMap.az" saytının təşkilati dəstəyi, "OTV" kanalının informasiya dəstəkçiliyi ilə iyul ayının ilk 10 günlüyündə start götürməsi nəzərdə tutulan şirkətlərarası çempionat haqqında məlumat: Futbol yarışı Bakı şəhəri ərazisində yerləşən və mini futbol standartlarına cavab verən qapalı və açıq zallarda keçiriləcək. Komandalar qruplarda yarışacaq. Hər qrupda 4 komanda iştirak edəcək və qrup üzrə 6 oyun keçiriləcək. Qrupların hər birindən 2 komanda yarımfinala vəsiqə qazanacaq. Qruplarda xallar bərabər olarsa, ilk olaraq komandalar arasinda şəxsi oyun hesabına üstünlük veriləcək və növbəti mərhələyə qalib komanda vəsiqə qazanacaq.

Yarışlar AFFA-dan dəvət olunan peşəkar (akkreditasiyadan keçmiş) hakimlər tərəfindən idarə ediləcək. Hər hissə 25 dəqiqə oynanılacaq.İlk hissənin sonunda 10 dəqiqəlik fasilə olacaq. Mini futbol qaydalarına tam əməl olunacaq. Hər bir komandanın forması tam şəkildə olmalıdır. Hər formanın arxasında nömrə və oyunçunun adı yazılmalıdır. Hər bir fomanın üzərinə təşkilatçının logosu vurulacaq. Bütün oyunlar OTV kanalı vasitəsi ilə çəkilib, yayımlanacaq.

Hər bir şirkət çempionatda iştirak etmək üçün öncədən 10 nəfərlik heyətin (6 əsas + 4 yardımçı heyət) ərizəsini təqdim etməlidir. İştirakçıların şirkətin rəsmi işçisi olduğu haqqında anket təşkilatçı tərəfindən təsdiqləndikdən sonra qeydiyyat qəbul ediləcək.

Oyun başlamamazdan öncə oyunçular yoxlanılacaq. Buts (altı çıxıntılı futbol ayaqqabısı) ilə oynamaq qadağandır. Oyunda sərt və qaydalara riayət etməyən komandalar çempionatdan kənarlaşdırıla bilər. Məqsəd sağlamlıq,dostluq və əməkdaşlığın inkişafıdır. Qruplardakı iştirakçıların yerləşdirilməsi püşkatma vasitəsilə müəyyən ediləcəkdir. Futbol oyununda 1 nəfər qapıçı və 5 nəfər oyunçu nəzərdə tutulub. 4 nəfər ehtiyyat oyunçusu kimi iştirak edəcək.

Bir şirkət maksimum 2 komanda ilə təmsil oluna bilər.

Qalib komandaları pul mükafatları, kubok və medallar gözləyir. Mükafatlar aşağıdakı formada təyin edilmişdir:

1-ci yer: 2000 AZN
2-ci yer: 1000 AZN
3-cü yer: 500 AZN



Qeyd edək ki, bu futbol yarışı sayca 4cü dəfə təşkil edilir və keçən üç çempionatın qalibləri müvafiq olaraq: "BCC-Group", "MQS" və "Coca-Cola" şirkətləri olub.

Əlaqə: (050)224-40-52, info@otv.az, www.otv.az, facebook.com/otv.az

OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz