Beynəlxalq Olimpiya Komitəsinin Rusiyaya qarşı qadağası


Rusiyanın növbəti il keçiriləcək Pxençxan Qış Olimpiya oyunlarında iştirakına Beynəlxalq Olimpia Komitəsi tərəfindən qadağa qoyulub. OTV xəbər verir ki, Rusiya idmançıların fəaliyyətinə təsir edən xüsusi növ maddələrdən istifadə etməklə təqsirləndirilir. Bununla belə, narkotik maddədən istifadə etməyən rusiyalı atletlər neytral bayraq təmsil edərək Cənubi Koreya yarışlarında iştirak edə bilərlər. 2014-cü ildə Rusiyanın ev sahibliyi etdiyi Soçi yarışlarında dövlət tərəfindən maliyyələşdirilən dopinq əməliyyatının təsdiq edilməsi bu addımın atılması ilə nəticələndi. Qəbul edilən qərar Rusiyada kəskin etirazla qarşılandı və bəzi siyasətçilər oyunların baykot edilməsi fikrini irəli sürdü. Bununla belə, digər rəsmilər isə bəzi idmançıların iştirak şansını yüksək qiymətləndirib. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baç Rusiyanın bu hərəkətini Olimpiya Oyunlarına və ümumilikdə, idmana qarşı kəskin hörmətsizlik kimi qəbul edir və bu kimi digər halların qarşısının alınması üçün Rusiyaya qarşı qoyulan qadağanı vacib addım kimi qiymətləndirir.

Nəticə etibarilə, 9 fevral tarixində Cənubi Koreyada keçiriləcək Olimpia oyunlarında ən güclü ölkələrindən biri olan Rusiya iştirak edə bilməyəcək.

Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 30 | Kateqoriya: İdman Tarix: 7-12-2017, 12:28

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM