Dünya Çempionatında Misir İngiltərə final qarşılaşması » OTV - İnternet Televiziyası

Dünya Çempionatında Misir İngiltərə final qarşılaşması


Marseldə keçirilən Dünya Komanda Çempionatının final mərhələsində İngiltərə oyunçuları asanlıqla Misir tərəfindən məğlub edildi. OTV xəbər verir ki, Nik Mathevin  dünya çempionu Kərim Əbdel Qavad tərəfindən 11-9, 11-3, 11-7 hesabları ilə məğlub edildikdən sonra aldığı zərbədən axsadığı bildirilir. Növbəti mərhələdə Əli Fərəq Ceyms Vilstropu 2-0 hesabı ilə məğlub edərək Misir komandası üçün sarsılmaz bir qola imza atdı. Avstraliya və Honq Konq komandaları isə gümüş medalı bölüşdülər. 3 qat Dünya Çempionu Mathev sosial şəbəkədə əsas məqsədin qızıl medal olduğunu, lakin gümüş medalla kifayətləndiyini açıqlayıb. Mathev “ Biz əlimizdən gələni etməli olduğumuzu bilirdik və təssüf ki, biz məğlub olduq. Ən böyük məyusluğum isə yaxşı çıxış edə bilməməyimiz oldu” deyərək çıxış etdi . Nəzərinizə çatdıraq ki, kişi və qadınlardan ibarət olan Dünya Çempionatı 2017- 9-17 dekabr tarixində Mançestrdə baş tutacaq.

Mənbə: BBC news
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 218 | Kateqoriya: İdman Tarix: 04.12.2017, 15:45

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM