Azərbaycan avrokubokların ən uğurlu 10 ölkəsi arasında

Xəbərin çap versiyası
Tarix: 28-07-2017, 15:33    
Azərbaycan avrokubokların ən uğurlu 10 ölkəsi arasında Avrokubokların cari mövsümünün ən uğurlu ölkələrinin siyahısı bəlli olub.

OTV apasport.az-a istinadən xəbər verir ki, III təsnifat mərhələsinin ilk matçlarından sonra zirvədə Kipr qərarlaşıb.

Ada ölkəsinin klubları 3,250 xala sevinib. İsrail 3,000 xalla ikincidir. Danimarkalılar isə ilk "üçlüy"ü qapayır - 2,625.

Azərbaycan da ən yaxşılar arasında yer alıb. "Top-10"da qərarlaşan ölkəmiz 6-cı yerin şəriklərindəndir. 2,375 xal qazanan Azərbaycan Skandinaviya təmsilçiləri İsveç və Norveçlə eyni göstəriciyə malikdir.

Avrokubok mövsümün "Top-10"u
1. Kipr - 3,250
2. İsrail - 3,000
3. Danimarka - 2,625
4. Xorvatiya - 2,500
5. İngiltərə - 2,428
6-8. Azərbaycan - 2,375
İsveç - 2,375
Norveç - 2,375
9. Polşa - 2,250
10. Litva - 2,125

OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
{linkfeed}{sape_links}{sape_article}
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz