Ceid Cons Dünya Taekvondo Grand Prisində qələbə qazandı.


İkiqat Olimpiya Çempionu Ceid Cons Fil Dişi sahilində keçirilən Dünya Taekvondo Grand Prisinin son mərhələsində 2 ci uğurlu qabiliyyətinə imza atdı.  OTV xəbər verir ki, ötən il Azərbaycanda keçirilən yarışın qalibi, Uels oyunçusu Cons bir tərəfli final mərhələsində İspanıyalı rəqibi Marta Kalvo Gomezi 26-7 hesabı ilə məğlub etmişdir. BBC-yə verdiyi müsahibəsində Cons bildirmişdir: “Oyunu böyük fərqlə başa çatdırmaq inanılmaz bir hissdir”. O , Fil Dişi sahilində əldə etdityi qızıl medaldan sonra “The Jump” da daxil olmaqla,bır sıra televiziya proqramlarına dəvət almışdır. Nəzərinizə çatdıraq ki, Cons həmçinin keçən il keçirilən Dünya Çempionatında gümüş medal qazanmışdı. Consun qazandığı qızıl medal tarixdə ilk dəfə olaraq eyni ildə keçirilən bütün Dünya Grand Prilərinin qalibi olan komanda yoldaşı Bianka Valkun qələbəsindən sonra Britaniya üçün 2–ci qələbə idi. Cons və Uolkden bu ayın axırında Çində keçirilən Dünya Taekvondo Slam tədbirində Britaniyanı təmsil edəcəklər. Yarışın qaliblərinin 50.000 avro məbləğində pul mükafatı əldə edəcəkləri açıqlanıb.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 147 | Kateqoriya: İdman Tarix: 04.12.2017, 15:33

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM