AFFA bəyanat yaydı


İdman oyunlarının nəticələrinin manipulyasiyası ilə bağlı Azərbaycan Respublikasının Qanunvericiliyinə əlavə və dəyişikliklər edilib və Cinayət Məcəlləsində bununla bağlı xüsusi maddə öz əksini tapıb.

OTV xəbər verir ki, danışılmış oyunlarla və onların mümkün fəasdları ilə bağlı AFFA tərəfindən klublar və futbol ictimaiyyəti üçün mütəmadi marrifləndirmə işləri aparılır. Bununla əlaqədar noyabrın 13-ü AFFA-nın inzibati binasında prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə klub nümayəndələri üçün keçirilən tədbirdə idman oyunlarının nəticələrinin manipulyasiyası və danışılmış oyunlarla haqqında ətraflı məlumat verilib. Həmçinin, AFFA-nın son Konfransında idman oyunlarının nəticələrinin manipulyasiyası futbol ictimaiyyətinin diqqətinə çatdırılıb.

Xatırladaq ki, ötən mövsüm danışılmış oyunlarla bağlı UEFA-dan daxil olmuş məlumatlar və AFFA-nın apardığı araşdırmalar nəzərə alınaraq, I Divizionda çıxış edən bir  neçə klub, futbolçu, inzibati işçilər və hakimlə bağlı İntizam Komitəsinin qərarına uyğun olaraq, müvafiq cəzalar tətbiq olundu.

Dünyanın demək olar ki, bütün ölkələrində rast gəlinən “danışılmış oyunlar” neqativ haldır və AFFA  idman oyunlarının nəticələrinin manipulyasiyasına qarşı mübarizə aparan müvafiq orqanlarla hərtərəfli əməkdaşlıq etməyə, onlara dəstək verməyə hər zaman hazırdır.

Danışılmış oyunlarla bağlı məsələlər qanunvericilikdə də  nəzərdə tutulduğu üçün, təbii ki, hüquq-mühafizə orqanları tərəfindən də müvafiq tədbirlər görülür.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 68 | Kateqoriya: İdman Tarix: 01.12.2017, 17:50

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM