Beylin Real Madriddəki çətinlikləri bitmək bilmir


Qaret Beylin çoxdan gözlənilən dönüşü heç də istənilən kimi alınmayıb. OTV İspaniya mediyasına istinadən xəbər verir ki, uzun müddətli zədələrdən sonra ilk dəfə çərşənbə günü İspaniya Kral Kuboku uğrunda oyunda meydana çıxan Real Madridli hücumçu yaxşı təsir bağışlasa da, onun hələ də əvvəlki formada olmaması bazar günkü oyunda əsas heyyətdə ola bilməyəciyi iddialarını qüvvətləndirir.

İki aydan artıq davam edən əzələ zədəsi müalicəsindən sonra ilk dəfə çərşənə axşamı 3-cü diviziya komandası Fuenlabrada qarşı oynanılan oyunun 30-cu dəqiqəsində meydana çıxan hücumçu meydanda olduğu 30 dəqiqə ərzində 2 qolla yadda qaldı və komandasının parlaq qələbə ilə1/16 final mərhələsinə addımlamasına kömək etdi.

Oyunçunun komanda yoldaşları hücumçunun oyun zamanı özünü yaxşı tərəfdən göstərdiyini onun üçün çox şad olduqlarını bildirdilər.

Oyunçunun dönüşü Real Madrid fanatlarının “BBC” üçlüyü ümidlərini də artırdı. Xatırladaq ki, Kriştiano Ronaldo, Kərim Benzema və Beyldən ibarət üçlük keçən mövsümdən bəri birlikdə oynamayıb.

Beylin cümə axşamı və cümə günü baş tutan məşqlərdə komanda ilə birgə məşq etməməsi, baş məşqçi Zinnədin Zidanın onu Altelik Bilboya qarşı bazar günü baş tutacaq oyunda oynatmayacağı şayiələrini təsdiqləmiş olur.

Öncəki günlərdə Zinəddin Zidan mətbuata verdiyi açıqlamalar zamanı bildirmişdi ki, Beylin sağalmadan sonra daha ciddi zədə almasının qarşısı almaq məqsədiylə bir müddət “BBC” üçlüyü birlikdə oynamayacaq.

Bu mövsüm ərzində ciddi əzələ problemləri yaşayan 28 yaşlı Velsli hücumçu yalnız 10 oyunda Madrid forması geyməyə müvəffəq olub. Sonuncu dəfə sentyabr ayında Çempionlar Liqası qrup mərhələsində Borrusiya Dortmunda qarşı oynanılan oyunda meydana çıxan futbolçu Dünya Kuboku seçimlərində də milli komandasına kömək edə bilməyib.

Bundan başqa, çərşənbə axşamı Fuenlabrada qarşı keçirilən oyunda meydana çıxması ilə Beyl Devid Bekhemin 159 oyunluq rekordunu yenilədi və Madrid formasını ən çox geyinən Britaniyalı futbolçu oldu.

Mənbə: NBC Sports
Tərcümə: Firuzə Məmmədova OTV üçün

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 189 | Kateqoriya: İdman Tarix: 01.12.2017, 18:06

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM