Malidə Fransalı əsgərlər minaya düşüb » OTV - İnternet Televiziyası

Malidə Fransalı əsgərlər minaya düşüb


Malidə sülhməramlı kontingentin heyətində olan iki fransalı əsgər minaya düşərək həlak olub, daha 1-i yaralanıb. Bu barədə Fransa prezidentinin administrasiyasından bildiriblər.  Beləliklə, Mali ərazisində keçirilən antiterror əməliyyatı çərçivəsində həlak olan Fransa hərbçilərinin sayı 21-ə çatıb. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 431 | Kateqoriya: Hərbi / OTV Xəbər / Manşet / Dünya Tarix: 22.02.2018, 00:04

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM