Son günlərdə cəbhə xəttində vəziyyət yenidən gərginləşib


Son günlərdə cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə boyu müxtəlif istiqamətlərdə atəşkəsi pozaraq mövqelərimizə soxulmağa cəhd göstəriblər. Amma buna baxmayaraq Azərbaycan əsgəri düşmənin bütün hücümlarının qarşısı qətiyyətlə alıb. Ordumuzun qarşı tərəfə sarsıdıcı zərbələri cəbhə kənd sakinlərində böyük ruh yüksəkliyi yaradıb. Cəkiliş apardığımız Ağdamın Qaradağlı kəndi düşmən mövqelərinə yaxın yaşayış məntəqələrindən biridir. Son günlər bu kənd tez tez atəşə tutulsa da, sakinlər gündəlik işləri ilə məşğuldular. Heç bir təhlükəyə baxmayaraq sakinlər ermənistan ordusu tərəfindən müşahidə edilən əkin sahələrində təsərrüfat işləri ilə məşğul olurlar. Onu da qeyd edək ki, 5000 nəfər əhalisi olan Qaradağlı kəndi aprel döyüşləri zamanı böyük zərər görüb. Hazırda isə cəbhə xəttində nisbi sakitlik hökm sürür

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 513 | Kateqoriya: Hərbi / OTV Xəbər / Manşet Tarix: 22.02.2018, 00:00

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM