Afrində zərərsizləşdirilən terrorçuların sayı 1500-ü ötüb


Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı nəticəsində məhv edilən terrorçuların sayı 1528-ə çatıb. Məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Bildirilib ki, əməliyyatın 27-ci günündə terrorçu PKK qruplaşmasının Suriydakı qolları olan PYD və YPG-nin, o cümlədən İŞİD-in 43 terrorçusu zərərsizləşdirilib. Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 424 | Kateqoriya: Hərbi / OTV Xəbər / Manşet / Dünya Tarix: 16.02.2018, 06:26

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM