Suriyada silah anbarında partlayış olub, Rusiyanın 15 muzdlu döyüşçüsü ölüb


Suriyada silah-sursat anbarının partlaması nəticəsində Rusiyanın 15 muzdlu döyüşçüsü ölüb.

Hadisə Deyir-əz-Zor əyalətinin şimal-şərqində yerləşən Tabii Caziredə baş verib.

Qəzet yazıb ki, rusiyalı muzdlu döyüşçülər Bəşşar Əsədə sadiq qoşunların ölkənin neft və təbii qaz yataqları istiqamətində hərkətinin müşaiyət edirmişlər. Qoşunlar həmin əraziyə çatdıqdan sonra silah anbarında partlayış olub. 

Bu ərazi ABŞ-ın dəstəklədiyi PYD və YPG terrorçu dəstələrin (terrorçu PKK qruplaşmasının Suriyadakı qolları) nəzarəti altındadır.

Məlumata görə, partlayış nəticəsində 23 nəfər ölüb. Onlardan 8-i isə Bəşşar Əsədin əl-Bakir briqadasının əsgərləridir.  



Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 361 | Kateqoriya: Hərbi / OTV Xəbər / Manşet / Dünya Tarix: 16.02.2018, 06:13

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM