BMT: Əfqaıistanda ötən il rekord sayda mülki vətəndaş ölüb və yaralanıb


Əfqanıstanda 2017-ci ildə törədilən hücumlarda təqribən, 2,3 min dinc sakin ölüb və ya yaralanıb. Bu ölkədə mövcud olan münaqişə dövründə rekord göstəricidir. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyasının hesabatında deyilir. "2017-ci ildə terrorçu-kamikadzelərin hücumları və digər hücumlar nəticəsində mülki əhali arasında ən çox itki baş verib. Ötən il ərzində Əfqanıstanda 605 dinc sakin hücumların qurbanı olub, 1690 nəfər isə yaralanıb. Bu insanların 20%-i hökumət qüvvələrinin və Kabili dəstəkləyən beynəlxalq koalisiya qüvvələrinin hərəkətləri nəticəsində ölüb və ya yaralanıb" - hesabatda göstərilib. Ümumilikdə Əfqanıstandakı münaqişə 2009-cu ildən bəri 28 mindən çox dinc sakinin ölümü ilə nəticələnib, 52 mindən çox insan yaralanıb.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 449 | Kateqoriya: Hərbi / OTV Xəbər / Manşet / Dünya Tarix: 16.02.2018, 06:11

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM