Suriya ordusu Hələb və Həma əyalətlərini İŞİD-dən tam azad edib


Suriya ordusu Hələb və Həma əyalətlərini İŞİD-dən tam azad edib. Suriya ordusu Həma və Hələb əyalətlərini tam olaraq İŞİD terror qruplaşması yaraqlılarından təmizləyib. Bu barədə ordu komandanlığının bəyanatında deyilir. SANA agentliyinin dərc etdiyi bəyanatda bildirilir ki, Suriya ordusu müttəfiq qüvvələri ilə birgə Həma, Hələb və İdlib əyalətlərində yerləşən çox sayda yaşayış məntəqələrini azad edib. "Bu, strateji uğurdur, çünki Hələb və Həma əyalətlərinin tam olaraq İŞİD-dən təmizlənməsi və Hələb əyalətinin cənubunda "Nüsra cəbhəsi" terrorçularının əksəriyyətinin məhv edilməsi deməkdir", - deyə hərbçilər qeyd ediblər.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 434 | Kateqoriya: Hərbi / OTV Xəbər / Manşet / Dünya Tarix: 10.02.2018, 04:50

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM