Xızıda partlayış baş verən silah anbarında xeyli sayda hərbi sursat aşkar edilib


Xızıda partlayış baş verən silah anbarında xeyli sayda hərbi sursat aşkar edilib. Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları birgə təmizləmə əməliyyatları keçirib. Partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 9 ədəd partlamamış hərbi sursat (PHS), 72 ədəd partlamış-yanmış mərmi qalıqları və 177 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 78.7 ha ərazi yoxlanılıb. Son təmizləmə əməliyyatları bitib.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 316 | Kateqoriya: Hərbi / OTV Xəbər / Manşet Tarix: 10.02.2018, 04:48

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM