İsrail Hərbi-Hava Qüvvələri HƏMAS hərəkatının təlim zonalarına zərbə endirib


İsrail Hərbi-Hava Qüvvələri atılan raketə cavab olaraq HƏMAS hərəkatının Qəzza zolağının cənubunda yerləşən təlim düşərgəsinə zərbə endirib.  Bundan əvvəl Qəzzadan İsrail ərazisinə raket atılıb. İlkin məlumata görə, zərərçəkən olmayıb. Rəsmi Tel-Əviv bölgədə vəziyyətin gərginləşməsinə görə məsuliyyəti HƏMAS hərəkatının üzərinə qoyub. ABŞ-ın Qüds ilə bağlı məlum qərarından sonra HƏMAS İsrailə qarşı raket hücumlarını artırıb.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 420 | Kateqoriya: Hərbi / OTV Xəbər / Manşet Tarix: 05.02.2018, 06:01

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM