Xızıda 44 ədəd partlamamış hərbi sursat aşkarlanıb


Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 44 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
ANAMA-dan verilən məlumata görə, 364 ədəd partlamış-yanmış mərmi qalıqları və 594 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 1 408 059 kv.m ərazi yoxlanılıb.
Ümumiyyətlə, 118 gün ərzində müxtəlif ərazilərə baxış keçirilib, 25 612 ədəd partlamamış hərbi sursat, 19 090 ədəd partlamış-yanmış sursat qalıqları və 102 594 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 92 006 706 kv.m ərazi yoxlanılıb.
Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 43 | Kateqoriya: Hərbi / OTV Xəbər / Manşet Tarix: 26.01.2018, 18:57

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM