Ceyms Mettis : “Afrindəki əməliyyat diqqəti İŞİD-lə mübarizədən yayındıra bilər”


ABŞ ehtiyat edir ki, Türkiyənin Suriyanın şimalındakı Afrin bölgəsində apardığı hərbi əməliyyat diqqəti İŞİD-lə mübarizədən yayındıra bilər. Bunu Pentaqon rəhbəri Ceyms Mettis bildirib. 
SİTAT- "İŞİD işi tam bitməyib. Biz Türkiyə ilə bu məsələni hərbi səviyyədə, XİN rəhbərləri və dövlət başçları səviyyəsində müzakirə edirik"- SİTATIN SONU
Pentaqon rəhbırinin sözlərinə görə, əməliyyat keçirildiyi vaxt və əhatə etdiyi miqyasa görə məhdudlaşdırılmalıdır və mülki insanlar arasında qurbanlar olmamalıdır.
"Bütün bunlara baxmayaraq, biz Fərat çayı vadisində qızğın döyüşlər üzərində fikrimizi cəmləşdirmək istəyirik", - deyə Pentaqon rəhbəri vurğulayıb.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 172 | Kateqoriya: Hərbi / OTV Xəbər / Manşet / Dünya Tarix: 26.01.2018, 18:55

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM