BMT: ötən il 56 sülhməramlı həlak olub


2017-ci ildə 56 nəfər BMT sülhməramlısı zorakılığa məruz qalaraq öldürülüb. bu barədə BMT baş katibi Antoniu Quterriş təqdim etdiyi hesabatda qeyd edilib. Hesabatda bildirilir ki, bu rəqəm son 24 ildə rekord göstərici sayılır. A. Quterriş deyib ki, bu tendensiya artmaqda davam edir və onun qarşısını almaq üçün addımlar atmaq lazımdır. Qeyd edək ki, mövcud artım tendensiyasını dəyişmək və sülhməramlılar arasında ölüm hallarının sayını azaltmaq üçün 2017-ci ilin noyabr ayında təşkil olunmuş Komissiyanın nəticələri araşdırılıb və BMT Katibliyi sülhməramlıların müdafiə potensialını artırmaq üçün bir sıra təkliflər hazırlayıb. Planın birinci mərhələsi 2018-ci ilin sonuna qədər başa çatdırılacaq. Bildirilir ki, bura sülhməramlıların təlim metodlarının, eləcə də müharibə zonalarında onlara tibbi yardımın göstərilməsi prosedurunun yenidən nəzərdən keçirilməsi daxildir.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 444 | Kateqoriya: Hərbi / OTV Xəbər / Manşet / Dünya Tarix: 24.01.2018, 02:51

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM