Lavrov Rusiya hərbçilərinin Afrindən çıxarıldığına dair xəbərləri təkzib edib


Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rusiya qoşunlarının Suriyanın Afrin şəhərindən çıxarılmasına dair yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib. O bunu BMT Təhlükəsizlik Şurasının iclasının yekununda deyib. "Bu məlumatlar sonradan təkzib olundu", - deyə XİN başçısı qeyd edib. Türkiyə mətbuatı bundan əvvəl Ankaranın Suriya kürdlərinə qarşı xüsusi əməliyyatı öncəsi Rusiya hərbçilərinin Afrindən çıxarılması barədə məlumat yayıb.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 126 | Kateqoriya: Hərbi / OTV Xəbər / Manşet / Dünya Tarix: 20.01.2018, 00:34

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM